Norveçli hücumçu Erlinq Haland Avropa və dünya çempionatının seçmə mərhələsində vurulan qolların sayına görə rekordu təkrarlayıb. Sport24.az xəbər verir ki, qrup mərhələsinin son matçında İtaliyaya qarşı oyunda (4-1) Haland iki qol vuraraq qollarının sayını 16-ya çatdırıb.

 

O, bununla 2018-ci ildə Rusiyada keçirilən mundialın seçmə mərhələsində 16 qol vuran Polşalı Robert Levandovskinin rekordunu təkrarlayıb. 

 

Bu göstəricidə rekord isə İran millisinin keçmiş yarımmüdafiəçisi Kərim Bageriyə məxsusdur. O, 1998-ci ildə dünya çempionatının seçmə mərhələsində  19 qol vurub.

 

Qeyd edək ki, Norveç 28 ildən sonra ilk dəfə mundiala vəsiqə qazanıb. Onlar İtaliya, İsrail, Moldova və Estoniyanın yer aldığı qrupda birinci yeri tutublar.