Afrikada ilin futbolçusu adına 3 namizəd müəyyənləşib. Sport24.az xəbə verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb. 

 

Məhəmməd Salah ("Liverpul", Misir), Əşrəf Hakimi (PSJ, Mərakeş) və Viktor Osimhen ("Qalatasaray", Nigeriya) "üçlüyün"dən biri "qara qitə"nin ən yaxşısı olacaq.  

 

Qeyd edək ki, mükafatlandırma mərasimi noyabrın 19-da Mərakeşdə keçiriləcək.