DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün  A, G və L qruplarında yer alan komandalar meydana çıxacaq.

 

A qrupunda liderlər - Almaniya və Slovakiya üz-üzə gələcək. Qalib gələn komanda mundiala birbaşa vəsiqə qazanacaq. Litvanı qonaq edən Niderland da qələbə qazanacağı təqdirdə Amerikaya yollanacaq "48 xoşbəxt" arasında olacaq. 

 

DÇ-2026, seçmə mərhələ

17 noyabr

 

A qrupu

23:45. Şimali İrlandiya - Lüksemburq

23:45. Almaniya - Slovakiya

Xal durumu: Almaniya - 12, Slovakiya - 12, Şimali İrlandiya - 6, Lüksemburq - 0.

 

G qrupu

23:45. Malta - Polşa

23:45. Niderland - Litva

Xal durumu: Niderland - 17, Polşa - 14, Finlandiya - 10, Malta - 5, Litva - 3.

 

L qrupu

23:45. Çexiya - Cəbəllütariq

23:45. Monteneqro - Xorvatiya

Xal durumu: Xorvatiya - 19, Çexiya - 13, Farer Adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.