"Çox güclü rəqibə qarşı oynadıq. Bu hamıya məlum idi". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov deyib.

Cinah müdafiəçisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduqları matçla bağlı danışıb:

"Məncə, komanda şəklində yaxşı mübarizə apardıq. İnamlı oynadıq. Qol da vurduq. Məhsuldar ötürmə verəcəyimi gözləmirdim. Mənim üçün yaddaqalan olacaq".

Daşdəmirov üçüncü qolda qapıçının səhvinin komandanın motivasiyasına təsir etmədiyini söyləyib: "Buna səhv deməzdim. Belə qarşılaşmalarda səhv qaçılmazdır. Mən və digər komanda yoldaşlarım da başına gələ bilər. Böyük komandalara qarşı matçlarda belə hallar qaçılmazdır".