FİFA prezidenti Canni İnfantino Norveçin 2026-cı il dünya çempionatına vəsiqə qazanmasını ölkə üçün qürur mənbəyi adlandırıb. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu sözləri Norveçin "TV 2" telekanalına müsahibəsində səsləndirib:

 

"İllərdir davam edən zəhmət və fədakarlıqdan sonra yenidən dünya futbolunun səhnəsinə qayıtdınız. Oyunçularınız və azarkeşləriniz 2026-cı ildə Şimali Amerikaya enerji, qürur və yeni nəsil Skandinaviya istedadlarını gətirəcəklər. Bu, Norveç futbolu üçün qürurverici bir andır. Bundan həzz alın və izinizi qoymağa hazır olun. Turnirdə Norveç bayrağının dalğalanmasını səbirsizliklə gözləyirik."

 

Qeyd edək ki, Norveç millisi ötən gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İtaliyanı (4:1) məğlub edərək mundiala vəsiqəni təmin edib.