"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn "Barselona"nın maraq dairəsində olan şayiələr fonunda Almaniya klubundakı gələcəyi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı "Bild"ə açıqlama verib:
"Bavariya" ilə müqavilənin uzadılması ilə bağlı heç kimlə danışmamışam. Heç kim mənimlə əlaqə saxlamayıb. Hazırkı vəziyyətdə özümü tamamilə rahat hiss edirəm, baxmayaraq ki, hələ "Bavariya" ilə gələcəyimi müzakirə etməmişik.
Tələsməyə ehtiyac yoxdur. Münhendə xoşbəxtəm. Bu, oyunumda özünü göstərir. Əgər mənimlə əlaqə saxlasalar, görüşəcəyik. Amma hələlik yeni mövsüm haqqında düşünmürəm. Əvvəla, bu yay keçiriləcək dünya çempionatına qədər gözləməliyəm. Mövsümdən sonra nəyinsə dəyişməsi ehtimalı azdır.
"Bavariya"" azarkeşləri narahat olmalıdırmı? "Düşünmürəm".
Qeyd edək ki, 32 yaşlı hücumçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Keyn bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 18 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.