"Hamburq" "Nitsa"nın hücumçusu Terem Moffini transfer edib. Sport24.az xəbər verir ki, bu barədə almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar. "Transfermarkt" portalının məlumatına görə, transfer haqqı 2 milyon avrodur.
27 yaşlı Moffi 2023-cü ilin yanvarından "Nitsa"da oynayır. O, 2022/23 mövsümünün ikinci yarısını "Loryan"dan icarəyə götürdükdən sonra 22,5 milyon avroya transfer olunub.
2025-ci ilin dekabrında Moffi "Nitsa"nın azarkeşləri ilə dalaşıb və bundan sonra klubda bir dənə də olsun oyun keçirməyib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Porto"da keçirib və 15 oyunda (iki qol və bir məhsuldar ötürmə) iştirak edib.