"Liverpul" PSJ-nin futbolçusu Bredli Barkolu transfer etmək cəhdlərini davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Arsenal" və Səudiyyə Ərəbistanı klubu da oyunçu ilə maraqlanır. "Qırmızılar" bu həftə keçidi tamamlamaq üçün PSJ-yə yeni təklif verəcək.

 

"Liverpul" artıq futbolçu ilə şəxsi müqaviləsini həlledib.

 

Bir nüçə gün öncə ingilislər Barkol üçün 115 milyon avro təklif etsə də, parislilər 150 ​​milyon avro istəyir.

 

Qeyd edək ki, Barkol ötən mövsüm PSJ-nin heyətində 49 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Bredli Fransa millisi ilə DÇ-2026-da 8 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.