"Neftçi"nin iki turda 8 qol vurması, məncə, təsadüfi göstərici deyil. Komanda hücumda kifayət qədər məhsuldar təsir bağışlayır və futbolçuların özünəinamı hiss olunur". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri "Neftçi"nin mövsümə yaxşı start verdiyini bildirib:
"İlk turdan sonra da müəyyən müsbət məqamlar var idi, amma ikinci turdakı nəticə bu yüksəlişi daha aydın göstərdi. "Neftçi" hazırda oyun baxımından yüksəlişdədir. Komandada həm dinamika, həm də hücum quruculuğunda daha çox alternativ görünür. Əsas məsələ bu tempin davamlı olmasıdır. Çünki çempionat uzun marafondur və iki turda əldə olunan nəticələri bütün mövsümə daşımaq mümkün deyil. Qarşıdakı oyunlarda da eyni istək və mübarizə nümayiş etdirilməlidir. İki tura 8 qol vurmaq futbolçular üçün də böyük motivasiyadır. Belə nəticələr komandanın inamını artırır, hücumçuların özlərinə güvənməsinə müsbət təsir göstərir. Amma yalnız hücumdakı məhsuldarlıqla kifayətlənmək olmaz. Müdafiədə də daha stabil oyun qurmaq lazımdır. Əgər "Neftçi" bu balansı tapa və nəticələrini davamlı şəkildə yaxşılaşdıra bilsə, turnir cədvəlində yuxarı pillələr uğrunda ciddi mübarizə aparacaq. Hazırkı mənzərəyə əsasən "Neftçi"nin yüksəlişdə olduğunu demək olar. İndi əsas məsələ bu başlanğıcı davam etdirmək və qarşıdakı turlarda da eyni xarakteri ortaya qoymaqdır".
Qeyd edək ki "ağ-qaralar" ötən gün Misli Premyer Liqasının ikinci turunda "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə məğlub edib.