"Malyorka" Alberto Morenonun transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 

 

Moreno yeni komandasına azad agent kimi qoşulub. Tərəflər arasında razılaşmanın təfərrüatları açıqlanmayıb.

 

Müdafiəçi 2014-cü ildən 2019-cu ilə qədər "Liverpul"un formasını geyinib. Sonra isə beş il "Vilyarreal"da oynayıb.

 

Qeyd edək ki, Moreno son iki mövsümünü "Komo"da keçirib. O, 2025/26 mövsümündə 23 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.