1986-cı il dünya çempionatının dörddəbir final oyununda Argentina və İngiltərə (2-1) arasında keçirilən və Dieqo Maradonanın "Tanrının əli" ilə qol vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb. Sport24.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.

 

Artefakt avqustun 22-də "Heritage Auctions" tərəfindən 2,5 milyon dollar başlanğıc qiyməti ilə hərraca çıxarılıb.

 

Sözügedən top 3.35 milyon dollara satılıb. 

 

Qeyd edək ki, 2022-ci ildə top 2,37 milyon dollara satılıb. 2023-cü ildə hərrac uğursuz olub.