"Liverpul" "Brayton"un vingeri Yankuba Mintehi heyətinə qatmaq üçün danışıqları davam etdirir. Sport24.az "TeamTalk"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçu üçün üçüncü təklifini hazırladığı bildirilir.
"Qırmızılar" daha əvvəl qambiyalı futbolçu üçün 50 milyon və 60 milyon funt-sterlinq məbləğində iki təklif göndərsə də, hər ikisi "Brayton" tərəfindən rədd edilib. İngiltərə klubu 22 yaşlı vinger üçün təxminən 70 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Minteh hazırda zədə səbəbindən sıradan çıxıb.