2025-ci il Klublararası Dünya Çempionatında hakimlər bədən kameralarından istifadə edəcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina məlumat verib.
Kameralardan əldə edilən görüntülərin matçlar zamanı canlı yayımlanması planlaşdırılır:
"Fikrimizcə, bu, heç vaxt təqdim edilməmiş bucaqdan çəkilmiş şəkillər baxımından tamaşaçılara yeni təcrübə təqdim etmək üçün yaxşı fürsətdir. Bunun da hakimlərin yetişdirilməsi baxımından bir məqsədi var. Çünki hakimin nə gördüyünü, hakimin necə hökm etdiyini, onun rəyinin nə olduğunu və s. qiymətləndirməyi başa düşmək üçün anlamaq üçün vacibdir".