"İnter"in hücumçusu Lautaro Martines komandanın heyətində 150 ​​qol həddinə çatıb. Sport24.az verir ki, argentinalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" ilə cavab qarşılaşmada (2:2) 1 qol vuraraq buna nail olub.

 

Martines "İnter"in tarixində 150 qol həddinə çatan ilk əcnəbi oyunçu olub.

 

Komandanın kapitanı həm də "İnter"də Çempionlar Liqasında ardıcıl 5 oyunda qol vuran ilk futbolçu olub.

 

Qeyd edək ki, 2018-ci ildən "İnter"də çıxış edən 27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 43 oyuna 21 qol vurub, 6 qol ötürməsi edib.