"Arsenal"ın və Fransa millisinin mərkəz müdafiəçisi Vilyam Saliba 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı (0-2) oyunda ciddi zədə alıb və 2027-ci ilə qədər oynaya bilməyəcək. Sport24.az xəbər verir ki, b u barədə "L'Equipe" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Saliba İspaniya ilə oyunda belindən aldığı zədə səbəbindən dörd aydan altı aya qədər oynaya bilməyəcək. Fransız futbolçunun əməliyyat olunmalı və uzun müddətli sağalma dövrünə ehtiyacı olacaq. Dünya çempionatı başlamazdan əvvəl belə Saliba şiddətli ağrıdan şikayətlənsə də, oynamağa davam etdiyi vurğulanır.

 

Qeyd edək ki, Saliba 2025/26 mövsümündə "Arsenal"ın heyətində 50 oyuna çıxıb və komandasının Premyer Liqa çempionluğunu qazanmasında və Çempionlar Liqasının finalına yüksəlməsində əsas pay sahiblərindən biri olub.