İngiltərənin "Liverpul" klubu Almaniya təmsilçisi "Bavariya"da çıxış edən Maykl Olise ilə maraqlanır. Sport24.az xəbər verir ki, buna "Bornmut"un qanalı oyunçu Antuan Semenyo üçün 75 milyon funt sterlinq (93 milyon avro) tələb etməsi səbəb olub.
Mersisayd təmsilçisi bu məbləği çox hesab edib və Fransa yığmasının üzvü Maykl Oliseyə yönəlib. Oyunçu da Premyer Liqaya qayıtmaqda maraqlıdır.
Qeyd edək ki, Maykl Olise 2024-cü ildə "Kristal Pelas"dan "Bavariya"ya keçib.