Fabio Paratiçi "Fiorentina"ya idman direktoru təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Paratiçi çətin bir dövrdə "Fiorentina"da işləməyə razılaşıb. "Bənövşəyilər" A Seriyasında düşmə zonasındadır. Mövsümün başa çatmasına isə 15 tur qalıb.
Qeyd edək ki, bu, Paratiçi vaxtilə eyni vəzifəni "Yuventus" və "Sampdoriya"dada icra edib. Funksioner son olaraq "Tottenhem"də idman direktoru vəzifəsində çalışıb. O, iki dəfə Şimali London klubunda işləyib. 2021-ci ildən 2023-ə və 2025-ci ilin oktyabrından 2026-cı ilin əvvəlinə qədər.