"Salernitana" baş məşqçi Filippo İnzaqini istefaya göndərdiyini açıqlayıb. Sport24.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Salernitana" İnzaqini baş məşqçi vəzifəsindən azad edib və ona işinə sadiqliyinə görə təşəkkürünü bildirib:

 

"İnzaqiyə karyerasının davamında uğurlar arzulayırıq".

 

50 yaşlı mütəxəssis İtaliya klubunun baş məşqçisi postuna ötən ilin oktyabrında təyin olunub. O, bundan əvvəl "Recina", "Breşiya", "Benevento", "Bolonya", "Venesiya" və "Milan"ı çalışdırıb.

 

Qeyd edək ki, "Salernitana" İtaliya çempionatının 24 turundan sonra 13 xal toplayıb və hazırda 20-ci yerdədir.