"Everton" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Liverpul təmsilçisi Tayrik Corcun keçidi ilə bağlı "Çelsi" ilə tam razılığa gəlib.

Məlumata görə, transfer daimi əsasda reallaşacaq. "Everton" bu keçid üçün 18 milyon funt sterlinq əsas məbləğ və 6 milyon funt sterlinq bonus olmaqla ümumilikdə 24 milyon funt sterlinq ödəyəcək. Razılaşmaya, həmçinin futbolçunun növbəti transferindən "Çelsi"nin pay almasını nəzərdə tutan bənd də daxil edilib.

Bildirilir ki, 19 yaşlı vinger "Everton"a keçidə razılıq verib. Tərəflər arasında bütün sənədləşmə işləri yekunlaşıb.

Qeyd edək ki, Tayrik Corc ötən mövsüm icarə əsasında "Everton"un formasını geyinib. Klub onun transferini daimi etmək qərarına gəlib.