"Çelsi"nin keçmiş baş məşqçisi Enso Mareska postundan ayrılmasının səbəbi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "Give me Sport"un əməkdaşı Ben Jeykobs məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub daxilində gərginlik bir neçə ay öncədən başlayıb.

 

Buna səbəb isə Mareska ilə İdarə Heyəti arasında fikir ayrılıqları olub. Məşqçi start heyətinə və əvəzetmələrə görə rəhbərliklə dəfələrlə toqquşub. Rəsmilər məşqçilər korpusunun işinə müdaxilə edirlərmiş. 

 

Mareska həmçinin hesab edirdi ki, "Çelsi"nin uğursuzluqlarının kökləri daha dərin məsələlərdə - sahiblərin işə yanaşmasında və komandanın inkişafı üçün ümumi vizyondadır. Lakin klub hazırkı kursunu dəyişdirmək niyyətində olmayıb.

 

Qeyd edək ki, London klubu hazırda Premyer Liqada 5-ci, Çempionlar Liqasında isə 13-cü yerdədir.