2026-cı il dünya çempionatında pley-off mərhələsinin daha üç cütü müəyyənləşib. Sport24.az xəbər verir ki, ABŞ millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq. Bu görüş iyulun 2-də San-Fransiskoda keçiriləcək.

 

F qrupunu lider kimi başa vuran Niderland 1/16-də Mərakeşlə üz-üzə gələcək. F qrupunun ikincisi Yaponiyanın rəqibi isə Braziliya yığması olacaq. 

 

Qeyd edək ki, qrup mərhələsinin oyunlarına iyunun 27-də yekun vurulacaq.