Bu gün dünya çempionatında qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, E qrupunda Kurasao Fil Dişi Sahilinə uduzub və mundialla vidalaşıb.
Ekvador isə Almaniyaya qalib gəlib və qrupu üçüncü sırada başa vurub.
F qrupunda Tunis Niderlandla, Yaponiya isə İsveçlə üz-üzə gələcək.
D qrupunda isə mundialla vidalaşacağı dəqiqləşən Türkiyə son oyunda ABŞ ilə qarşılaşacaq. Qrupun digər oyununda Paraqvay Avstraliyanı sınağa çəkəcək.
DÇ-2026
Qrup mərhələsi, III tur
26 iyun
E qrupu
00:00 Kurasao – Fil Dişi Sahili 0:2
Qollar: Pepe, 9, 64
00:00 Ekvador – Almaniya 2:1
Qollar: Anqulo, 9, Plata, 78 – Sane, 2
Xal durumu: Almaniya – 6, Fil Dişi Sahili – 6, Ekvador – 4, Kurasao – 1