Yaponiya - İsveç oyunu ilə futbol üzrə dünya çempionatının F qrupunda üçüncü tura yekun vurulub. Sport24.az xəbər verir ki, Dallas şəhərində keçirilən görüşdü qalib müəyyənləşməyib.
Matçda vurulan hər iki qol ikinci yarıya təsadüf edib. Əvvəlcə "gündoğar ölkə"nin millisi fərqlənib .Daydzen Maeda 56-cı dəqiqədə yaponları hesabda önə çıxarıb. Ancaq onların sevinci çox şəkməyib. 6 dəqiqə sonra, daha dəqiq desək, 62-də avropalılar hesabı bərabərləşdiriblər.
Qeyd edək ki, bu görüşdən sonra Yaponiya 5 xalla qrup ikincisi kimi pley-offa vəsiqə qazanıb.