PSJ ilə müqaviləsi başa çatan Pyerr Munqenqe karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, fransalı forvard "Dinamo"ya keçib.

 

Bu barədə Kiyev klubunun mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı hücumçu ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Fransa U-19 millisinin üzvü olan Pyerr Munqenqe PSJ-nin yetirməsidir. Gənc futbolçu 2025/26 mövsümündə Paris təmsilçisinin əsas komandasının heyətində 1 rəsmi matçda meydana çıxıb.