"Yuventus" PSJ-nin hücumçusu Randal Kolo Muanini yenidən heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi 2026/27 mövsümü öncəsi hücum xəttini gücləndirməyi planlaşdırır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

 

İddialara görə, Fransa millisinin üzvü də "Yuventus"a qayıtmaqda maraqlıdır. 27 yaşlı forvard keçidin baş tutması üçün maaşında azalmaya getməyə hazır olduğunu bildirib.

 

Kolo Muani ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirib. O, A Seriyasında meydana çıxdığı 16 oyunda 8 qol vurub.

 

Qeyd edək ki, Kolo Muaninin transfer hüquqları PSJ-yə məxsusdur.