"Cenoa"nın yarımmüdafiəçisi Morten Frendrup karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" danimarkalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Vinçentso İtalyano rəhbərlikdən Frendrupun transferini istəyib. "Beşiktaş" 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün İtaliya klubuna 20 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, "Cenoa" Morten Frendrupu 2022-ci ilin yanvarında "Brondbü"dən 4,4 milyon avroya transfer edib. Danimarka millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub.