"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç Türkiyə Super Liqasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" xorvatiyalı qolkiperin xidmətində maraqlıdır.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

"Ağ-qaralar"ın baş məşqisi Vinçentso İtalyano Livakoviçi komandasında görmək istəyir. "Beşiktaş" 31 yaşlı "əkcək sahibi"ni satınalma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

 

Qeyd edək ki, Dominik Livakoviç 2025/26 mövsümünün birinci yarısını icarə əsasında "Jirona"da, ikinci yarısını isə Zaqreb "Dinamo"sunda keçirib.