"Səbail" 2026/2027-ci il mövsümü üçün növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, son olaraq MOİK-də çıxış etmiş, klubun yetirməsi olan Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi U-21 millimizin heyətində 4 oyun keçirib.
"Səbail" yeni mövsümdə I Liqada mübarizə aparacaq.