Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges, portuqaliyalı hücumçunun 41 yaşında futbolda motivasiyasını necə qoruduğunu və nə qədər oynaya biləcəyi barədə məlumat verib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial media heabında paylaşım edib:

 

"Mən tez-tez ona "Kriş, sənin artıq hər şeyin var, gəl həyatdan bir az zövq alaq" deyirəm. O, isə "Sən mənim üçün hər şeysən, ancaq futbol mənim ehtirasımdır" cavabını verir. Bu günə qədər motivasiyasını qoruması inanılmazdır. O, formada qalmaq üçün bütün gücünü sərf edir. İnsanlar ondan nə vaxt təqaüdə çıxacağını soruşanda... Düzünü desəm, o, 50 yaşına qədər oynaya bilər".

 

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın ikinci turunda Özbəkistan millisini 5-0 hesabı ilə məğlub edib. 41 yaşlı hücumçu iki qol vurub və matçın oyunçusu seçilib.