Futbol üzrə dünya çempionatında D qrupunda III tura yekun vurulub. Sport24.az xəbər verir ki, qrup mərhələsinin əvvəlki iki oyununda məğlub olan Türkiyə meydan sahibi ABŞ millisi ilə qarşılaşıb.
Matç Türkiyənin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Ay-ulduzlar"ın heyətində Arda Gülər, Ozan Kökçü və Kaan Ayxan fərqlənib. ABŞ yığmasında isə Oston Trasti və Sebastyan Berhalter adını tabloya yazdırıb.
Qeyd edək ki, ABŞ məğlubiyyətə baxmayaraq pley-offa vəsiqəni təmin edib. Türkiyə isə mundialı tərk edib.
DÇ-2026
Qrup mərhələsi, III tur
Türkiyə - ABŞ 2:2
Qollar: Arda Gülər, 10. Orkun Kökçü, 31, Kaan Ayxan, 90+8 - Oston Trasti, 3. Sebastyan Berhalter, 49.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).