"Bavariya" sol cinah müdafiəçisi Nataniel Braunun transferi üçün Frankfurt "Ayntraxt"ı ilə razılığa gəlib. Sport24.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun keçidi Münhen klubuna 55 milyon avroya başa gələcək.

 

Braun özü bir neçə həftə əvvəl "Bavariya" ilə şəxsi sözləşməsinin detallarını razılaşıb. Müdafiəçi beş illik müqaviləyə qol çəkəcək. anlaşmaya qol çəkəcək. 

 

Qeyd edək ki, Braun ötən mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında Almaniya millisinin heyətində yer alıb. O, Kurasao üzərində qazanılan 7-1 hesablı qələbədə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.