"İnter Mayami"nin sahibi Devid Bekhem "Milan"ın keçmiş futbolçusu Paolo Maldinini futbol tarixinin ən yaxşı müdafiəçisi elan edib. Sport24.az xəbər verir ki, o, bu barədə "CBS Sport"a açıqlama verib.

 

"Mən Milana gələndə Pirlo, Nesta, Maldini orada oynayırdılar. Paolo ən yaxşı lider, ən yaxşı kapitan, indiyə qədər gördüyüm ən yaxşı müdafiəçi idi. 41 yaşında belə, o, oyunu yaxşı oxuyur, meydançanı əla görürdü".

 

 

Qeyd edək ki, Maldini 2018-ci ilin avqustunda "Milan" inkişaf direktoru, bir ildən sonra isə texniki direktor vəzifəsinə yüksəlib. İtalyan 2022-ci ildə "Golden Boy Awards" mükafatının Avropa meneceri nominasiyasını qazanıb. 2023-cü ilin iyununda isə klubun texniki direktoru vəzifəsini tərk etdi.