Bir neçə gün əvvəl mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin de Brüyne ABŞ-da çıxış edə bilər. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "İnter Mayami"nin maraq dairəsindədir.
MLS təmsilçisi yayda onu heyətinə cəlb etməyi planlaşdırır. Futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlansa da, onun ABŞ-da oynamaq istədiyi bildirilib.
Xatırladaq ki, "İnter Mayami"də Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba kimi ulduz futbolçular da çıxış edir.