Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək. Sport24.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamaları keçiriləcək.
"Fiorentina" "doğma divarlar" arasında "Sele", "Çelsi" isə "Legiya" ilə üz-üzə gələcək. "Betis" "Yagelloniya"nın, "Yurqorden" isə "Rapid"in qonağı olacaq.
Qeyd edək ki, Konfrans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab görüşləri
17 aprel
23:00. "Fiorentina" (İtaliya) - "Sele" (Sloveniya)
İlk oyun - 2:1.
23:00. "Yagelloniya" (Polşa) - "Betis" (İspaniya)
İlk oyun - 0:2.
23:00. "Çelsi" (İngiltərə) - "Legiya" (Polşa)
İlk oyun - 3:0.
23:00. "Rapid" (Avstriya) - "Yurqorden" (İsveç)
İlk oyun - 1:0.