Qətərdə keçirilən dünya çempionatının yarımfinal və final matçları xüsusi toplarla keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA məlumat verərək, topun adının "Al Hilm" olduğunu açıqlayıb.

Bu isə ərəb dilindən tərcümədə "Arzu" mənasını verir.

Xatırladaq ki, yarımfinal mərhələsində Argentina - Xorvatiya görüşü dekabrın 13-ü saat 23:00-da, Fransa - Mərakeş matçı isə bir gün sonra eyni saatda başlayacaq.