DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 15-ci turuna start verilib. Sport24.az xəbər verir ki, lider Braziliya yığması səfərdə Ekvadorla qarşılaşıb. Görüş 1:1 hesabıyla bitib.

Turnir cədvəlinin 2-cisi Argentina yığması Çilidən üstün olub – 2:1. Uruqvay isə Paraqvayı Luis Suaresin qolu ilə məğlub edib – 1:0.

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi
15-ci tur

28 yanvar

Ekvador – Braziliya 1:1
Qol: Torres, 75 – Kazemiro, 6.

Paraqvay – Uruqvay 0:1
Qol: Luis Suares, 50.

Çili – Argentina 1:2
Qol: Ben Bereton, 21 – Anxel Di Mariya, 10. Lautaro Martines, 34.

29 yanvar

01:00. Kolumbiya – Peru
02:00. Venesuela – Boliviya