DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub.

Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.

 

A yolu

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

 

B yolu

Ukrayna - İsveç

Polşa - Albaniya

 

C yolu

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

 

D yolu

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya

 

Qeyd edək ki, ABŞ, Kanada, Meksika, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.