Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunlarda beş nəfər cəzalıdır. Sport24.az-ın məlumatına görə, bunlardan biri baş məşqçi, digər dördü isə futbolçudur.

"Kəpəz"in qapıçısı Məmməd Hüseynov, "Şamaxı"dan Karim Rossi, "Turan Tovuz"dan Roberto Olabe, Roderik Miller meydana çıxa bilməyəcəklər.

"Neftçi"nin baş məşqçisi Samir Abasov isə texniki zonadan kənarda qalacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında XII tura noyabrın 21-də start veriləcək. Tur noyabrın 23-də bitəcək.