Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar" heyətini iki futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

 

Bölgə təmsilçisi Kvaku Adjei və Orxan Fərəcovla anlaşıb.

 

K.Adjei "40", O.Fərəcov isə "77" nömrəli formada çıxış edəcəklər.

 

Qeyd edək ki, "Şahdağ Qusar" hazırda I Liqada 10 xalla 5-ci pillədə qərarlaşıb.