"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtua özünü dünyanın ən yaxşı qapıçılarından biri hesab etdiyini söyləyib. Sport24.az xəbər verir ki, qolkiper bununla bağlı COPE-yə açıqlama verib:

 

"Mən, şübhəsiz ki, ən yaxşılardan biriyəm. Amma hər şey sizin zövqünüzdən asılıdır və hər kəsin öz fikri var. Nəticədə, klubuma və insanların nə düşündüyünə kömək etməliyəm..."

 

Kurtua bəyəndiyi ən yaxşı 3 qapıçının da adını çəkib: "Özümü istisna edirəm. Oblak bu il çox yüksək səviyyədə oynayır. Zədəli olsa da, Alissonu çox bəyənirəm. Həmçinin David Rayan da səviyyəli qolkiperdir".