"Liverpul" Mark Qeyinin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "BBC sport" məlumat yayıb.

 

Futbolçunun hazırda formasını geydiyi  "Kristal Pelas" bu keçidin əleyhinə deyil. 

 

Qeyd edək ki, "Liverpul" 25 yaşlı Markı bu qış "rənglərinə bağlamağa" çalışacaq. Mərkəz müdafiəçisinin "Kristal Pelas"la hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.