DÇ-2026-nın qitələrarası pley-off mərhələsinin püşkatması keçirilib. Sport24.az xəbər verir ki, mundiala qatılacaq daha iki komanda bu oyunlardan sonra müəyyənləşəcək. 

DÇ-2026-nın pley-off mərhələləri:

 

1-ci yol
Yarımfinal: Yeni Kaledoniya - Yamayka.

Final: Yarımfinalın qalibi - Konqo Demokratik Respublikası.

 

2-ci yol
Yarımfinal: Boliviya - Surinam.
Final: Yarımfinalın qalibi - İraq.

 

Bütün matçlar 2026-cı ilin mart ayında Meksikada, mundiala ev sahibliyi edəcək şəhərlər - Qvadalaxara və Monterreydə keçiriləcək.

 

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İştirak edən 48 komanda 12 qrupa bölünəcək. Birinci və ikinci yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.