Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək. Sport24.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ölkəmiz mundialda on dörd şahmatçı ilə təmsil olunacaq.

 

İlin son yarışında kişilər arasında ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova təmsil edəcəklər.

 

Qeyd edək ki, dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.