Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunda baş tutacaq "Universitatya Krayova" (Rumıniya) – "Maynz" (Almaniya) görüşünün hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.