"Real"ın oyunçuları DÇ-2026-da vurulan qolların sayına görə liderliyini davam etdirirlər. Sport24.az xəbər verir ki, iyulun 19-na keçən gecə 3-cü yer uğrunda matçda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşma Tomas Tuxelin komandasının matçı 6-4 hesablı qələbəsi yekunlaşıb. 

 

Bu görüşdə Kilian Mbappe 2, Jude Bellingem isə 1 qolla yadda qalıb. Bununla da "Real"ın futbolçuları DÇ-2026-da vurduqları qolların sayını 22-yə çatdırıblar. Mbappe aktivində 10, Bellingem 7, Vinisius 4 və Arda Güler 1 dəfə adını tabloya yazdırıb.

 

Bu göstəricidə ikinci yerdə 16 qolla PSJ qərarlaşıb. İlk "üçlüy" isə futbolçuları 13 dəfə fərqlənən "Aresenal" tamamlayır.

 

Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina İspaniya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.