1 milyon avro girov qarşılığında azadlığa buraxılan Dani Alves üçün bu məbləğin kimin ödədiyi bəlli olub. Sport24.az xəbər verir ki, ödənişi Braziliyada dərc edilən jurnallardan biri reallaşdırıb. 

 

Adı hələ ki, gizli saxlanılan jurnalın bu addımı atmaqda məqsədi Alvesdən yaxın günlərdə geniş müsahibə almaq istəyidi. Razılığa əsasən, braziliyalı həbsxanada yaşadığı bütün maraqlı anlar haqqında danışacaq.

 

Qeyd edək ki, fevralın 22-də Alves cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl onun üçün 1 milyon avroluq girovu Neymar və Memfis Depayın ödədiyi də deyilirdi.