Ötən gün Yablonets"i (5-1) məğlub edən "Slaviya" Çexiya çempionu olub. Sport24.az xəbər verir ki, bununla da Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək 20-ci komanda müəyyənləşib.
"Slaviya" tarixində ikinci dəfə ardıcıl olaraq Avropanın ən mötəbər klub turnirində mbraizə aparacaq.
Çexiya təmsilçisindən öncə 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə "Barselona", "Bavariya", PSV, "Arsenal", "Real", "İnter", "Mançester Siti", PSJ, "Borussiya" (Dortmund), "Villarreal", "Porto", "Mançester Yunayted", "Atletiko" (Madrid), "Lans", "RB Leypsiq", "Qalatasaray", "Feyenoord", "Şaxtyor" (Donetsk) və "Betis"in vəsiqə qazandığı bəlli idi.
Qeyd edək ki, 2024-cü ildən başlayaraq turnirdə 36 komanda iştirak edir.