"Yuventus"un hücumçusu Dusan Vlahoviç karyerasını Madrid "Atletiko"sunda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, hücumçu Madrid klubuna təklif olunub. Serbiyalı forvardın Turin klubu ilə müqaviləsi bu yay başa çatır.
"Transfermarkt" portalı onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Yuventus" Vlahoviçi 2022-ci ilin yanvarında "Fiorentina"dan 85 milyon avroya tranefr edib.