"Biz qələbə qazanmaq istəyirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Eren Aydın deyib.

Türkiyəli oyunçu "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Rəqibi təbrik edirəm. Həqiqətən çox yaxşı komandadır. Taktikaları da çox yaxşıdır. Heyətlərində yaxşı oyunçuları var. Biz əlimizdən gələni mübarizəni apardıq. Amma məğlub olduq. Çempionatda iki matçımız qalıb. Həmin görüşlərə köklənib Premyer Liqanı dördüncü sırada bitirmək istəyirik".

Daha əvvəl zədədən əziyyət çəkən Aydın özünü yaxşı hiss etdiyini söyləyib:

"Hər zaman meydana çıxdığım qarşılaşmalarda komandaya faydalı olmağa çalışıram. Bu gün də ağrıkəsici ilə oynadım. Amma çox böyük ağrım yox idi. Çünki bu zədəni daha əvvəl də yaşadım. Çox yüngül idi. Bir az da oynamaq istəyirdim. Amma bu, baş məşqçimizin qərarıdır. Hörmət etmək lazımdır. Əlimizdən gələn bu idi".

Qışda "Zirə"yə keçən 23 yaşlı hücumçu Misli Premyer Liqasında dördüncü yeri tutmaq üçün mübarizə aparacaqlarını deyib:

"İki oyun qalıb. Hələ heç nə bitməyib. Üstünlük "Neftçi"nin tərəfindədir. Biz də əlimizdən gələni etmək istəyirik. Düşünürəm ki, yaxşı komandamız var. Amma bir az daha yaxşı oynamalıyıq. Fikrimcə, hakimlər haqqında danışmağa ehtiyac yoxdur. Qarşıdakı iki görüşə çox yaxşı hazırlaşacağıq. Bizim məqsədimizə çatmağımız üçün "Neftçi"nin xallar itirməsi lazımdır".