"Nyukasl"ın hücumçusu Nik Voltamade karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az "BİLD" nəşrinə istinadən xəbər verir ki, "Atletiko" almaniyalı futbolçunun transferində maraqlıdır.
Mənbənin sözlərinə görə, gənc hücumçu hazırkı klubundakı vəziyyətindən və aldığı oyun vaxtından məmnun deyil. Alman futbolçu "Atletiko" klubuna keçid variantına müsbət yanaşır və təklif gələcəyi halda bu transferi dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, Nik Voltemade bu mövsüm "Nyukasl" heyətində 39 rəsmi matçda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.